• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Tereza Mey: “Məsciddəki hadisə potensial terror aktıdır” - FOTO/VİDEO (YENİLƏNİR)

  • Dünya
  • Xəbərin vaxtı: 19 İyun 2017 09:18    Yeniləndi: 19 İyun 2017 10:49
  • 851 Baxış
Tereza Mey: “Məsciddəki hadisə potensial terror aktıdır” - FOTO/VİDEO

Hadisənin bəzi təfərrüatları məlum olub. “Assoşieyted Press” agentliyi şahidə istinadən yazıb ki, hadisə insanların şüursuz vəziyyətdə olan bir şəxsin ətrafına toplaşdığı vaxt baş verib.

“Mən küçə ilə gedirdim və yerdə bir kişini gördüm. Ona yaxınlaşdım və mənə dedilər ki, o şüurunu itirib”, - Abdikadar Varfa agentliyə bildirib.

Şahidin sözlərinə görə, o kişinin yanından uzaqlaşandan bir neçə dəqiqə sonra yük avtomobili yüksək sürətlə insanların arasına girib.

***

Tereza Mey Londonda müsəlmanlara hücumu potensial terror aktı adlandırıb.

“Polis təsdiqləyib ki, baş vermiş hadisəyə mümkün terror aktı kimi baxılır”, - Böyük Britaniyanın baş naziri deyib.

Öz növbəsində London meri Sadiq Xan hadisəni ümumbəşəri və britaniyalıların dəyərlərinə növbəti hücum adlandırıb.

***

London polisi tərəfindən saxlanılan 48 yaşlı terrorçunun ağdərili olduğu bildirlib.

Publika.az xəbər verir ki, polis maşınına mindirilərkən lentə alınan görüntülərdə terrorçunu üzü görünür.

Hadisə zamanı son anda qurtulan yaralılardan biri ifadəsinə bildirib ki, yük maşını bir anda onlara doğru gəlib: "Yolu keçərkən yük maşını bir anda yüksək sürətdə üstümüzə doğru gəldi. Sürücü "bütün müsəlmanları öldürmək istəyirəm", - deyə qışqırırdı."

***

Terrorsitlərin 3 nəfər olduğu müəyyənləşib.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yük maşının içərisində 3 nəfər orta yaşlarında kişi olub. 2 nəfər hadisə yerindən qaçıb. Polislər 48 yaşlı sürücünü saxlamağa müvəffəq olublar.

Hadisə şahidlərinin sözlərinə əsasən, sürücü və digər şəxslər sərxoş halda olmayıblar.

Hadisə ilə bağlı Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, London polisi hadisənin terror olub- olmadığını araşdırır: "Bütün bunlara baxmayaraq, səhər COBRA fövqəladə komitəsinin iclası keçiriləcək".

***

İngiltərənin paytaxtı Londonda naməlum şəxs "Finsbury Park" məscidindən çıxan vətəndaşların üzərinə yük maşını sürüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.

İngiltərənin paytaxtı Londonun şimalındakı "Finsbury Park" məscidində gecə namazından çıxan müsəlmanların üstünə sürülən yük maşınının sürücüsü saxlanılıb.

Hadisənin terror aktı olduğu ehtimal olunur.

Məscidin imamı bunu terror adlandırır: "Məscidə gələn insanların sayı həddən artıq çox idi. Hədəf sadəcə müsəlmanlar olub, bu, açıq-aydın görünür."

Faktla bağlı London polisi tərəfindən istintaq başladılıb.

Könül Cəfərli

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR