Dünya
Poroşenko impiçmentə doğru - QANUN LAYİHƏSİ
“Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti ölkədə impiçment haqqında qanun olmadığı üçün qeyri-mümkündür”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin impiçmenti barədə çağırışları şərh edən ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib.
“Bu tipik piar aksiyasıdır. Çünki, Ukraynada impiçment haqqında qanun yoxdur. Bu haqda danışmaq olar, amma faktiki olaraq buna nail olmaq mümkün deyil”, - o bildirib.
Qeyd edək ki, Ukraynanın parlament bir sıra fraksiyaları, o cümlədən keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası prezidentin impiçmentinin prosedurunu tətbiq etmək niyyətindədir. Müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim edilib və ona yaxın vaxtlarda baxılacaq.
Amma Azarov xatırladıb ki, qanun layihəsinin qəbulu üçün 230 səs lazımdır. Onun sözlərinə görə, bundan başqa, Poroşenkonun qanun layihəsini imzalamayacağı da dəqiqdir.
“Bu halda isə qanun layihəsinin qəbulu üçün 300 səs (Ukrayna parlamenti 450 yerlikdir –red.) lazımdır. Timoşenkonun toplayacağı səs ümumilikdə əllidən çox olmayacaq. Yəni, faktiki olaraq qanun qəbul etmək mümkün olmayacaq”, - Azarov əlavə etdi.
Ömər
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR