Krım tatarlarının mitinqini helikopterlər dağıtdı
Bizi izləyin

Dünya

Krım tatarlarının mitinqini helikopterlər dağıtdı

Bu gün Krım tatarları deportasiyaya uğramalarının 70 illiyini qeyd edirlər.

Bu gün Krım tatarları deportasiyaya uğramalarının 70 illiyini qeyd edirlər.

Səhər tezdən Bağçasaraydakı Lenin meydanında keçirilən matəm mitinqi zamanı havaya qalxan iki hərbi helikopter dinc əhalinin, az qala, başı üzərində fırlanaraq iştirakçılar arasında vahimə yaradıb, çıxış edənlərin səsini batırıb.

Deportasiya qurbanlarını ananlar “Mustafa”, “Millət”, “Vətən”, “Krım” deyə qışqırmağa başlayıblar. Mitinqə gələnlər arasında xeyli uşaq və deportasiya şahidləri - yaşlı insanlar olub.

Baxçasaray Regional Məclisinin sədri Axtem Çiygöz mitinq iştirakçılarını təxribata uymamağa, Simferopol şəhərinin Ağ məscid qəsəbəsində keçirilən Ümumkrım mitinqinə qoşulmağa çağırıb. /Aktual.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm