Səssiz qətliam: 48 saatda 84 ölü
Bizi izləyin

Dünya

Səssiz qətliam: 48 saatda 84 ölü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri ilə PKK/PYD terror təşkilatının Suriyanın Rakka şəhərində keçirdiyi əməliyyatlarda sivil vətəndaş ölümləri rekord həddə çatıb.

Publika.az xəbər verir ki, səssiz qətliamlarda 2 gün ərzində 84 sivil vətəndaş həlak olub, 90 vətəndaş yaralanıb.

Bu barədə “Rakka səssizcə qətl edilir” adlı yerli aktivist qrupu sosial media hesablarından məlumat yayıb.

Qrup nümayəndələrindən olan Muaz Əziz verdiyi açıqlamada İŞİD terror qruplaşması ilə PKK təşkilatının bir-birinə hücumlar təşkil etdiyini deyib:

“İŞİD Rakka şəhərinin şərqində yerləşən Karama diyarında PYD-ə aid birliyə bomba yüklü avtomobillə hücum edib. Hücum nəticəsində çox sayda təşkilat üzvü həlak olub”.

İŞİD-in qərargah kimi istifadə etdiyi Rakka xəstəxanası isə ABŞ-ın topçu komandası tərəfindən vurulub.

Muaz Aziz bu hücum nəticəsində çox sayda sivilin yaralandığını, xəstəxanalarda yaralılardan yer olmadığını və tibbi ləvazimatların çatışmadığını bildirib.

Suriya İnsan Haqları Birliyi isə son 8 ayda Rakkada keçirilən hərbi əməliyyatlar nəticəsində 308-i uşaq, 203-ü qadın olmaqla, ən az 1400 sivil vətəndaşın həlak olduğunu bəyan edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm