Netanyahu Trampın kürəkəninə torpaq sahəsi təklif etdi
Bizi izləyin

Dünya

Netanyahu Trampın kürəkəninə torpaq sahəsi təklif etdi

İsrailin Baş naziri Bünyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın şəxsi məsləhətçisi və kürəkəni Jerad Kuşnerlə görüşüb.

Publika.az xəbər verir ki, prezidentin qızı İvanka Trampın da istirak etdiyi toplantının ən diqqətçəkən məqamı baş nazirin Kuşnerə torpaq mübadiləsi təklifi olub.

Netanyahu Kuşnerdən israilli ərəblərin yaşadığı kəndlərə qarşılıq olaraq yeni məskunlaşma bölgəsi istəyib.

Netanyahunun təklif etdiyi yerin İsrailin qərbindəki Hayfa bölgəsində yerləşən Vadi Ara olduğu üzə çıxıb. Baş nazir bu bölgənin əvəzinə Qərbi Şəriədəki Quş Etzion məskənini istəyib.

Torpaq mübadiləsinə şiddətlə qarşı çıxan baş nazirin Məscidi-Aksa böhranından sonra fikrini dəyişməsi xeyli diqqət çəkib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm