Dünya
Sahilə çıxan cəsədi ilə DÜNYANI AĞLADAN körpəyə hekayə və film həsr edildi - - FOTO/VİDEO
Yer üzündə hər keçən gün müharibələr artmaqda, davam etməkdədir. Bu savaşlarda minlərlə insan müxtəlif cür qurban gedir. Kimi müharibənin tam ortasında, kimi də ondan qaçmağa çalışarkən...
Uşaqlarını müharibənin caynağından qurtarmaq istəyən ailələr onları daha təhlükəsiz yerə aparmaq niyyəti ilə minbir əziyyətə qatlaşırlar. Bu köçlərin çoxu qeyri-qanuni olduğuna görə də təhlükəli yollarla həyata keçirilir.
Müharibədən qaçarkən ölən insanların sayı savaş içində ölənlərdən daha çoxdur. Kiçik Alan da onlardan biridir. 3 yaşlı Alan Kürdi ailəsi ilə birlikdə Türkiyədən Yunanıstana keçməyə çalışarkən hava botunun çevrilməsi nəticəsində dənizə düşüb və həlak olub.
Bütün dünyanın diqqətini özünə, daha doğrusu, dəniz sahilinə çıxan cansız bədəninə çəkən Alana özü də köçmən olan yazar Xalid Hüseyni hekayə həsr edib. Yazıçı bu hekayəyə “Dəniz duası” (Sea Prayer) adını verib.
Bu hekayənin motivləri əsasında film də çəkilib.
Hazırda ABŞ-da yaşayan əfqanıstanlı mühacir yazıçı Alanın sahildəki cansız bədənini gördüyü andakı duyğularını belə ifadə edib:
“Fotonu gördüyüm an ilk ağlıma gələn bir uşağı yetişdirmək üçün sərf edilən və gözə görünməyən, diqqətə alınmayan əməklər oldu. Bütün o narahatlıqlar, qayğılar...
Uşaqlarımız yaxşı olsunlar deyə narahatlıqlar keçiririk, onlarla maraqlanırıq və onlara verdiyimiz bütün sevginin, şəfqətin nəticəsində onun qumsaldakı cansız halını görürük...”
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu