Kiyev irimiqyaslı “cəza əməliyyatı”na hazırlaşır
Bizi izləyin

Dünya

Kiyev irimiqyaslı “cəza əməliyyatı”na hazırlaşır

Kiyev irimiqyaslı “cəza əməliyyatı”na hazırlaşır

Ukrayna ölkənin şərqindəki hərbi qüvvəni artırmaq niyyətindədir.

Publika.az -ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.

Mənbə qeyd edib ki, ölkənin şərq regionlarında hərbi qüvvələrin artırılması 25 May tarixində keçiriləcək prezident seçkiləri ilə bağlıdır. O, qarşıdakı günlərdə Donetsk və Luqansk vilayətlərində xüsusi əməliyyatın keçirilməsini də istisna etməyib. Əməliyyatın isə Mili Qvardiya və könüllü özünümüdafiə batalyonları tərəfindən həyata keçiriləcəyi bildirilir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi də dolayı şəkildə informasiyanı təsdiqləyib. Nazirliyin rəsmi nümayəndəsi Aleksandr Lukas keçirdiyi brifinqdə Kiyevin ölkənin şərqində “cəza əməliyyatı”na hazırlaşdığını deyib. O, Kiyevin 17 Aprel Cenevrə razılaşmasınının şərtlərini yerinə yetirmədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm