Trampı kim “satır”? - Ümid yalan detektoruna QALDI
Bizi izləyin

Dünya

Trampı kim “satır”? - Ümid yalan detektoruna QALDI

ABŞ-ın Baş prokuroru Ceff Seşns ölkənin Milli Təhlükəsizlik Şurasının bütün əməkdaşlarını yalan detektorunda yoxlamaqla KİV-də informasiya itkilərinin mənbəyini aşkar etmək istəyir.

Publika.az xəbər verir ki, bu haqda “Axios” internet portalı bildirib.

Portal konkret mənbələrə istinad etmədən qeyd edir ki, Seşns öz ideyasını həmkarları ilə dəfələrlə bölüşüb. Ancaq Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının belə testdən keçib-keçməyəcəyi hələ dəqiq deyil.

Xəbərə görə, dindirmə zamanı Milli Təhlükəsizlik Şurasının əməkdaşlarından prezident Donald Trampın xarici liderlərlə telefon söhbətlərinin sızdırılması barədə sual veriləcək. Baş prokuror hesab edir ki, informasiya məhz bu idarədən sızdırılır. Çünki, yalnız bəzi insanlar telefon söhbəti barədə informasiyalara girişə malikdirlər.

“Axios” qeyd edir ki, Seşnsın nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Uolters Lindsi bildirib ki, idarə Trampın prezidentinin telefon söhbətlərinin sızdırılmasından hiddətlənib.

Xatırladaq ki, bu ilin əvvəlində KİV-də Trampın Meksika prezidenti Enrike Penya Nyeto və Avstraliyanın baş naziri Malkolm Ternbulla telefon danışıqlarının təfərrüatları dərc edilib. Amerika lideri Meksika prezidenti ilə ABŞ-Meksika sərhədində divarın tikintisini müzakirə edirdi. Söhbətin gedişatında Meksika prezidenti buna qəti şəkildə etiraz edib.

KİV-in yazdığına görə, Ternbull Trampla söhbətində ABŞ-ı öz öhdəliklərini yerinə yetirməyə və Avstraliyada olan minlərlə qaçqını qəbul etməyə çağırıb. Tramp bundan sonra həmkarı ilə yüksək tonda danışmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm