Taylandda ordu dövlət çevrilişi etdi
Bizi izləyin

Dünya

Taylandda ordu dövlət çevrilişi etdi

Taylandda uzun sürən hökümət əleyhinə etirazlardan sonra dövlət çevrilişi olub.

Taylandda uzun sürən hökümət əleyhinə etirazlardan sonra dövlət çevrilişi olub.

Tayland ordusu hakimiyyəti bir damla qan tökmədən ələ keçirərək, bütün hökümət orqanlarını buraxıb, ölkə konstitusiyası müvəqqəti olaraq ləğv olunub.

Hərbçilər etiraz edən hər iki cəbhənin müxalifət və iqtidarın tərəfdarlarını qovaraq, ümummilli komendant saatı elan edib.

Hərbçi çevriliş barədə taylandlıları ölkənin müdafiə naziri General Prayuz Çan-Oça dövlət telekanalı vasitəsilə məlumatlandırıb.

Bu gözlənilməz hadisəyə 2 gün əvvəl ölkədə hərbi vəziyyətin elan olunması şərait yaradıb. Ordu komandanı böhranı həll etmək üçün ölkənin siyasi liderlərini təkbətək danışıqlara çağırsa da danışıqlar öz bəhrəsini verməyib və ordu hakimiyyəti öz nəzarətinə götürməyi məqsədəuyğun bilib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm