BMT KXDR-in raket buraxmasını pislədi
Bizi izləyin

Dünya

BMT KXDR-in raket buraxmasını pislədi

BMT KXDR-in raket buraxmasını pisləyib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Efiopiyanın BMT-dəki daimi nümayəndəsi Takid Alem bildirib ki, beynəlxalq təşkilat Pxenyanın bu addımını pisləyib. "Təhlükəsizlik Şurası KXDR-in son dərəcə təxribatçı ballistik raket buraxılışını pisləyib", - deyə Alem qeyd edib.

Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının konkret hərəkətlər nüvə silahından imtinaya sədaqətini göstərməsi zəruriliyini də qeyd edib.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib ki, Koreya məsələsinin hərbi yolla həlli mövcuddur. Amma Birləşmiş Ştatlar bundan istifadə etmək istəməzdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm