Trampla Poroşenkonun növbəti görüş tarixi bəlli oldu
Bizi izləyin

Dünya

Trampla Poroşenkonun növbəti görüş tarixi bəlli oldu

Trampla Poroşenkonun növbəti görüş tarixi bəlli olub.

Publika.az xəbər verir ki, Pyotr Poroşenko Nyu-Yorka BMT Baş Məclisinin sessiyasında iştirakı zamanı ABŞ prezidenti Donaldla Trampla danışıqlar aparmaq niyyətindədir.

Bu haqda Ukrayna prezidentinin Administrasiyası məlumat yayıb.

İlkin məlumatlara görə, sentyabrın 21-də həmsöhbətlər arasında iki ölkənin bir sıra sıyasi məsəslələri müzakirə olunacaq.

Eyni zamanda, Nyu-Yorkda keçirilən brifinq zamanı ABŞ prezidentinin məsləhətçisi Herbert Makmaster faktı təsdiq edərək, 21 sentyabrda Trampın Türkiyə, Əfqanıstan və Ukrayna liderləriylə görüşəcəyini qeyd edib.

Qeyd edək, sözügedən görüşün vaxtı Ağ Evin Administrasiyası tərəfindən də təsdiqlənib.

Xatırladaq, Rusiya prezidenti Vladimir Putin BMT-ın Baş assambleyasının 72-ci sessiyasında iştirak etməyəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm