Şimal istiqamətində dəhşətli qatar qəzası: 40 ölü var
Bizi izləyin

Dünya

Şimal istiqamətində dəhşətli qatar qəzası: 40 ölü var

Hindistanın şimalında sürət qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 40 nəfər həlak olub.

Hindistanın şimalında sürət qatarının yük qatarı ilə toqquşması nəticəsində azı 40 nəfər həlak olub.

Qatarların toqquşması o qədər güclü olub ki, relsdən çıxmış vaqonlardan yalnız metal qırıntıları qalıb.

Bədbəxt hadisə Sant Kabir Naqar əyalətində dəmiryolu stansiyasında baş verib. Yüksək sürətlə hərəkət edən sərnişin təyyarəsi, dayanmağa çalışsa da eyni relsdə duran yük qatarına çırpılıb.

Toqquşmadan sonra sürət qatarının 6 vaqonu relsdən çıxıb. Yerli polisin verdiyi məlumata görə ölənlərin çoxu Haryana vilayətindən evlərinə qayıdan əkinçilər olub.

İstintaq çərçivəsində qəzaya səbəb kimi mexaniki nasazlıqdan tutmuş insan faktoruna kimi müxtəlif versiyalar araşdırılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm