Dünya
ABŞ prezidenti bu ölkəyə cənnət vəd etdi
“Nüvə silahını əldə etmək cəhdləri Pxenyanı böyük təhlükə altında qoyur”.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışında deyib.
“Mən Koreya yarımadasına gəldim ki, Şimali Koreyanın diktator liderinə birbaşa müraciətimi çatdırım. Sənin almağa çalışdığın silahlar sənin təhlükəsizliyini təmin etməyəcək, onlar sənin rejimini böyük təhlükə altına qoyur”, - ABŞ prezidenti qeyd edib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya ən yaxşı gələcək üçün yolu təklif etməyə hazırdır:
“Şimali Koreya sənin babanın (Kim İr Sen) qurmaq istədiyi cənnət deyil, bura heç bir insanın layiq olmadığı cəhənnəmdir. Sənin etdin cinayətlərə baxmayaraq, ABŞ ən yaxşı gələcəyə yolu təklif etməyə hazırdır. Bu, yalnız bir şərtlə mümkündür: təcavüzdən və nüvə proqramından tam imtina”.
Tramp dünya ölkələrini, xüsusi halda, Rusiya və Çini Şimali Koreya ilə diplomatik və iqtisadi əlaqələri azaltmağa çağırıb.
Amerika prezidenti vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In diqqəti ölkə daxilindəki müvəffəqiyyətsizlikdən yayındırmaq üçün başqaları ilə münaqişə yaradır. Tramp təkrarlayıb ki, Vaşinqton Pxenyana nüvə silahına malik olmağa icazə verməyəcək.
Ömər Dağlı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib



































.jpg)

