Dünya
1997-ci il tarixli hesabatda Yaxın Şərq və Türkiyə... - İşğal ssenarisində III MƏRHƏLƏ
Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərlə Yaxın Şərq ssenarisində üçüncü mərhələ başlanır.
Publika.az “Star” nəşrinə istinadən xəbər verir ki, bunu “TRT Haber TV”də “Dərin analiz” proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yiğit Bulut deyib.
“11 sentyabr terror hücumundan sonra Yaxın Şərqdə başlayan proses birinci dalğa idi və 10 il davam etdi. İki körfəz müharibəsində 38 dolları keçməyən neft onların qurmağa çalıştığı oyunla 147-150 dollara qədər yüksəldi. Yaxın Şərq ölkələri, hətta Afrikaya sıçrayan “Ərəb baharı” ikinci dalğa idi. Səudiyyə Ərəbistanında həyata keçirilən həbslər üçüncü dalğaya daxil olduğumuzu göstərir”, - baş məsləhətçi bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu prosesdən daha güclü çıxa, həmçinin imperialistlərin ona qurduğu tələlərlə daha gücsüz vəziyyətə düşə bilər.
Türkiyə prezidentinin məsləhətçisi 1997-ci ildə qeyri-hökumət təşkilatlarının Ağ Evə təqdim etdiyi hesabatı xatırladıb. Onun sözlərinə görə, bu yeni bir yüz il üçün Amerika strateji sənədi idi:
“Neocon strukturlar bu hesabatı Ağ Evə təqdim edirlər və Ağ Ev 1997-ci sonra bu hesabatdan xilas ola bilmir. Hesabatda “Yaxın Şərqin işğal edilməsi zəruridirsə, bunu etmək məcburiyyətindəyik” deyilirdi. Hətta o qədər irəli getdilər ki, Türkiyənin bəzi ərazilərinin adını da çəkdilər".
Ömər Dağlı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib



































.jpg)

