İstanbulda terror aktı planlaşdırılır - Türkiyə bu TERRORÇUNU AXTARIR - - FOTO
Bizi izləyin

Dünya

İstanbulda terror aktı planlaşdırılır - Türkiyə bu TERRORÇUNU AXTARIR - - FOTO

Türkiyə hüquq-mühafizə orqanları bir neçə gün əvvəl ölkəyə daxil olduğu ehtimal edilən terrorçunun fotolarını yayıb.

Publika.az xəbər verir ki, saxta sənədlərlə tez-tez yerini dəyişən, PKK terror təşkilatının üzvü olduğu iddia edilən "Baver" ləqəbli Yunus Sanamalının Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırdığı ehtimal edilir.

Terrorla Mübarizə İdarəsinin əməkaşları Y.Sanamanlıya yardım etməkdə şübhəli bilinən 14 nəfəri nəzarətə götürmüşdülər. Onlardan 6-sının terrorçu ilə əlaqələri olduğu təsdiqləndiyi üçün həbs olunub.

Şəxsi görənlərdən dərhal polisə xəbər vermələri tələb olunur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm