Dünya
Türk bayrağını öpdüyü üçün ölkəsində hədəfə çevrildi - - FOTO
Türk ağır atleti Naim Süleymanoğlunun dəfnində iştirak edən yunan idmançı Valerios Leonidis ölkə mediasının hədəfinə çevrilib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb Leonidisin türk bayrağına bükülü olan tabutu öpməsidir.
1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Naim Süleymanoğlu ilə qarşılaşan yunan atlet noyabrın 19-da ən böyük rəqibinin dəfn mərasiminə qatılıb. Yunanıstan mediası Leonidisin türk bayrağına bükülü tabutu öpməsini “qalmaqal” kimi qiymətləndirib.
Maddi durumu pis olduğu üçün Türkiyəyə Gənclər və İdman Nazirliyi tərəfindən gətirilən yunan atlet ölkəsində lazımı icazələri almadığı üçün tənqid olunub.
Qeyd edək ki, uzun müddət qara ciyər serrozundan əziyyət çəkmiş Naim Süleymanoğlunun qara ciyəri 6 oktyabrda dəyişdirilsə də, noyabrın 11-də beyninə qan sızıb. Beynində əməliyyat aparılsa da, məşhur atletin həyatını xilas etmək mümkün olmayıb. Naim Süleymanoğlu noyabrın 18-də vəfat edib.
Ömər
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu