Yunanıstanda terror təhlükəsi var
Bizi izləyin

Dünya

Yunanıstanda terror təhlükəsi var

"17 noyabr" terrorçu qruplaşmasının həbsxanadan qaçan üzvü Xristodolos Ksiros yanvarın 20-də yaydığı videoyazıda yeni terror aktları törətməklə hədələyib

Afinada terror aktları təhlükəsi səbəbindən fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilib.Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yunanıstan polisi ölkənin Avropa İttifaqında sədrliyi dövründə istifadə edilən müəssisə, mehmanxana, avtomobil şosselərinin mühafizəsini gücləndirib.

"17 noyabr" terrorçu qruplaşmasının həbsxanadan qaçan üzvü Xristodolos Ksiros yanvarın 20-də yaydığı videoyazıda yeni terror aktları törətməklə hədələyib.Ekspertlər terrorçuların mümkün 250 hədəfinin olduğunu müəyyənləşdiriblər.Polis 320 obyektin mühafizəsini gücləndirib. X Ksirosun axtarışında ABŞ və Böyük Britaniya təhlükəsizlik xidmət orqanları Yunanıstan tərəfinə yardım edirlər.Antirterror tədbirləri zamanı 3 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm