Dünya
Şimali Koreya elə şey oğurlayıb ki, sərvət qazanır - ŞOK İDDİA
Şimali Koreya sanksiyaların yaratdığı əngəllərin öhdəsindən gəlmək üçün bitkoindən istifadə edir.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Koreya və Sinqapurdan olan mütəxəssislər çıxış edib.
Cənubi Koreyanın dövlət nəzarətindəki İnternet və Təhlükəsizlik Təşkilatının rəhbəri Li Dong-Geun bildirib ki, Şimali Koreya virtual valyuta birjalarına hücum edir.
“Şimali Koreyanın indiyə kimi nə qədər oğurladığını bilmirik, amma polis Şimali Koreya rejiminin haker hücumları cəhdlərini təsdiqləyıb”, - o deyib.
Polisin açıqlamasına görə, iyul və avqust aylarında Şimali Koreya qeydiyyatlı kompüter piratları bitkoin və digər kripto pulların ticarətinin aparıldığı dörd ayrı Cənubi Koreya birjasına və onların əməkdaşlarına zərərli elektron məktublar göndərib. Cənubi Koreya dünyanın ən iri bitkoin birjasının vətəni kimi tanınır. Bu ölkədə 1 milyon insanın bitkoin sahibi olduğu bildirilir.
Qeyd edək ki, bitkoin 2008 ci ildə Satoshi Nakamoto tərəfindən icad edilmiş və hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və euroya alternativ olaraq hesab edilən bitkoinin simvolu ฿, qısaltma adı isə BTC-dir.
Bitkoinin qiyməti 2017-ci ilin əvvəlində 1000 dollar ətrafında olduğu halda, hazırda 17 min dollara qədər yüksəlib.
Daha əvvəl səsləndirilən iddialara görə, İran da embarqo zamanı bu əngəlləri aşmaq üçün bitkoindən istifadə edib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR