Əfqanıstanda türklərə qarşı terror - 3 ölü
Bizi izləyin

Dünya

Əfqanıstanda türklərə qarşı terror - 3 ölü

Əfqanıstanda türklərin olduğu mikroavtobus partladılıb

Əfqanıstanda Türkiyənin inşaat şirkətinin işçilərini daşıyan mikroavtobus kamikadzenin hücumuna məruz qalıb.

Publika.az-ın “Associated Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Nanqharhar vilayətində baş verib.

Hücum nəticəsində 3 türk mühəndisinin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.

Vilayət səlahiyyətlilərindən olan Əhməd Ziya Abdülzayi hadisənin türk işçilərin Behsud qəsəbəsindəki tikinti ərazisinə gedərkən baş verdiyini açıqlayıb. Abdülzayi kamikadzenin bir motosikletdən istifadə etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm