Liviyada ardıcıl partlayışlar: 33 ölü, 70-dən çox yaralı - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Liviyada ardıcıl partlayışlar: 33 ölü, 70-dən çox yaralı - (YENİLƏNDİ)

Liviyanın Benqazi şəhərində baş verən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 70-dən çox insan yaralanıb.

Bu barədə yerli hökumətə istinadən "Al Arabiya" məlumat yayıb.

Telekanalın məlumatına görə, partlayışlar məscid yaxınlığında insanlar namazdan sonra bayıra çıxmağa başladığı zaman baş verib.

***

Liviyanın Benqazi şəhərində 30 dəqiqəlik itervalla iki minalanmış avtomobil partladılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

Birinci partlayış nəticəsində 3 nəfər ölüb, ikinci partlayış isə 6 nəfərin həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm