Dünya
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
“Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.
Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.
“Afrinə sonuncu dəfə keçənlərin demək olar ki, hamısı üzlərini bağlamışdı. Paltarları və bədən quruluşları baxımından onlar klassik terrorçular deyil. Afrinə yüksək fiziki məşqlər edən, təlim görən və bir yerlərdə təcrübə keçmiş qrup keçdi. Son keçən qrup tamamilə peşəkar əsgərlərdən ibarətdir. İstifadə etdikləri silahlar da tamamilə Amerika silahlarıdır”, - o bildirib.
Qeyd edək ki, ötən həftə Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir – red.) PYD-nin (PKK terror təşkilatının Suriya qanadı – red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. Türkiyə KİV-inin xəbərinə görə, PKK terrorçuları Münbiç və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.
Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.
Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.
Türkiyə KİV-inin yazdığına görə, terrorçuların Afrinə keçidləri davam edib. ABŞ-ın müdafiə naziri Ceyms Mettis də PYD terrorçularının Afrinə keçdiyini etiraf edib. O, “Suriya Demokratik Gücləri”nin (əsas hissəsini PYD terror təşkilatı təşkil edir –red.) tərkibindəki bəzi kürdlərinin “İŞİD-lə mübarizədən diqqətinin dağıldığını” və bəzi qrupların Afrinə keçdiyini bildirib. ABŞ Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, “Suriya Demokratik Gücləri”ndən ayrılaraq Afrinə gedən qruplara dəstəyini kəsəcəklər.
Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma riskinə toxunan Pentaqonun sözçüsü Erik Pahon ötən həftə bildirib ki, bunun baş verməməsi üçün davamlı şəkildə Türkiyə ilə təmasdadırlar. Lakin Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Təhlükəsizlik üzrə mütəxəssis Mete Yararın Afrində Amerika əsgərlərinin keçdiyini söyləməsi də bu qorxunc proqnozların reallaşma ehtimalını artırır.
Qeyd edək ki, Türkiyə ordusu və ASO Afrində yanvarın 20-da “Zeytun budağı” əməliyyatına başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, bu günə qədər Afrində 1300-ə qədər terrorçu öldürülüb.
Ömər Dağlı
-
İdman13:51
İlk silahımız bu olmalıdır - Qurban Qurbanov "Lion"a hansı sürprizi hazırlayıb?
-
Region12:50
Məşhur futbolçu Gürcüstan prezidenti ola bilər - FOTO
-
Hadisə12:13
Zümrüd Yağmur axtarışa verildi
-
İdman11:52
Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir? - FOTOLAR
-
Maraq dünyası11:40
Bu iki bürcdən olan insanlar qeyri-adi qüvvəyə malikdir
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...