Dünya
Çavuşoğlu ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya gözlənilən səfəri şərh edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Çavuşoğlu ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirib.
“Xüsusilə çöl bölgələrində - İraq sərhədinə yaxın ərazilərdə İŞİD döyüşçüləri var. YPG ilə əməkdaşlığı davam etdirmək üçün bir bəhanə olaraq bu ərazilərdəki İŞİD-ə toxunmurlar. Afrində YPG terrorçuları həbsdə olan İŞİD döyüşçülərini buraxdılar və onlar Türkiyə ilə Azad Suriya Ordusuna qarşı döyüşürlər. Terrorçuları həm havadan, həm də qurudan təmizləyirik. ABŞ lazım olan addımları atmasa, bu Fərat çayının şərqi üçün də keçərlidir. Afrini də Suriya xalqına təhvil verəcəyik”, - Türkiyə xarici siyasət idarəsinin başçısı deyib.
Türkiyəli nazir ABŞ-dan gözləntilərinin aydın olduğunu vurğulayıb:
“Müəyyən mövzuların müzakirə edilməsi üçün itirilən etibarı bərpa etmək məcburiyyətindəyik. Türkiyə heç bir dostuna qarşı yanlış addım atmaz. Lakin ABŞ-dan ciddi yanlışlar görmüşük. ABŞ bizə verdiyi sözləri yerinə yetirmir. Xalqımızın da, hökumətin də ABŞ-a etibarını itirməsi təbiidir. İndi vədlərin verilməsini deyil, konkret addımların atılmasını istəyirik. Bunu Tillersondan da istəyəcəyik. Əlaqələrimiz çox kritik nöqtədədir. Ya əlqələri düzəldəcəyik, ya da bu əlaqələr tamamilə pozulacaq”.
Ömər Dağlı
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


