Dünya
Türkiyə-ABŞ müharibəsi BAŞLADI - “Dərin dövlət” HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI
Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə
bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında
müharibənin başladığını deyib.
Publika.az xəbər verir ki, D.Perinçek qələmə aldığı
məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki
gediş-gəlişlərdir”, deyə yazıb.
“Kimlərsə bu müharibədə Türkiyənin məğlub olmasını istəyir. Lakin
bu müharibə Türkiyənin gələcəyini müəyyən edəcək. Müstəqillik,
bütövlük, sülh, iqtisadi inkişaf, qonşu ölkələrlə sülh, hüquq
dövləti, demokratiya, azadlıq, Türkiyənin dünyadakı yeri,
gələcəyimiz bu müharibənin nəticəsinə bağlıdır”, - deyə o
bildirib.
D.Perinçek qeyd edib ki, bu günü cəbhələr artıq qurulub: “Bir
tərəfdə Türkiyə var, digər tərəfdə ABŞ, İsrail və onların
piyonları. Müharibə olduğu üçün Türkiyə cəbhəsinin əsas gücü Türk
Silahlı Qüvvələridir. Ordumuzun dəyərli generallarının vurulmasını
kim alqışlayıb, kim alqışlayacaq, bunun hesabını verməlidir.
İstiqlal savaşında da eyni şeylər olub. İngilislər müharibənin
ortasında bir çox vətənsevəri Maltaya sürgün etdi. Müharibələri
daxili cəbhədə qarışıqlı yaradaraq qazanmaq olmaz. Bugünkü İstiqlal
savaşını qazanmaq üçün daxili cəbhəni birləşdirməliyik”.
Asif
-
Region09:36Ermənistana əl boyda dolu düşdü - VİDEO
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
Magazin207:55Selenanın həyat yoldaşı yeni imici ilə gündəm oldu - Foto
-
Sosial07:15Qırğızıstanlı qadına Bakıda elə bir jest etdilər ki... - Çəkdiyi video marağa səbəb oldu
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət












.jpg)




















