Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Onların bu ssenarilərini pozacağıq” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Onların bu ssenarilərini pozacağıq” - VİDEO

“Hesab etməyin ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kipr və Egeydə həddini keçənlərə buradan xəbərdarlıq edirik”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

“Kipr sahillərində fəaliyyət göstərən şirkətlərə yunan tərəfinə güvənməməsini tövsiyə edirik. Afrin bizim üçün nədirsə, Egeydəki və Kiprdəki haqlarımız da odur. Cənub sərhədlərimizdə yanlış hesablama aparanların ssenarilərini "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə pozduğumuz kimi, onların ssenarilərini də pozacağıq. “Zeytun budağı” əməliyyatının nə qədər əhəmiyyətli olduğu bölgədə atdığımız hər addımda görünür. Hərbi gəmilərimiz və hava qüvvələrimiz hər hansı müdaxilə etmək üçün yaxından təqib edirlər”, - Ərdoğan deyib.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.

Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. İki gün əvvəl İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirklətin fəaliyyətinə maneə olub.

Egey dənizində Kardak adası isə Ankara və Afina arasında mübahisə yaradan məsələdir. Bu gün Yunanıstan Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Egey dənizində Kardak adası yaxınlığından Türkiyə sularına daxil olub.

Bu zaman Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi hərəkətə keçib və yunan gəmisinə xəbərdarlıq edib. Olay zamanı yunan və türk gəmiləri toqquşub. Hadisə nəticəsində Yunanıstana məxsus gəmi zərər çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm