Ərdoğan və Tillerson arasında görüş üç saatdan çox davam etdi - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ərdoğan və Tillerson arasında görüş üç saatdan çox davam etdi - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib.

Publika.az xəbər verir ki, görüşün 3 saat 15 dəqiqə davam etdiyi bildirilir.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Türkiyə mətbuatının məlumatına görə, görüşün əsas müzakirə mövzuları ABŞ-ın Suriyada PYD və PKK-a dəstəyi, ikitərəfli münasibətlər, həmçinin beynəlxalq gündəm olub.

Bu gün Tillersonla Çavuşoğlu arasında da təkbətək görüş olacaq. Görüş başa çatdıqdan sonra diplomatiya rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Reks Tillersonu qəbul edib.

Görüşdən sonra rəsmilərin mediaya açıqlamalar verməsi gözlənilir.

***

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə gəlib.

Publika.az xəbər verir ki, R.Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

Məlumata görə, səfərin əsas məqsədi “Zeytun budağı” əməliyyatı və ABŞ-ın YPG-yə dəstəyi ilə bağlı müzakirələr aparmaqdır.

Tillerson Türkiyə səfərindən öncəsi Livanda YPG terror təşkilatı ilə bağlı suala cavab olaraq “YPG-yə heç bir ağır silah verməmişik, o üzdən onlardan geri almağa heç nəyimiz yoxdur”, deyə bildirib.

Türkiyə KİV-ləri gizli mənbələrə istinadən xəbər yayıb ki, Tillerson Ərdoğandan “Zeytun budağı” əməliyyatını məhdudlaşdırılmasını istəyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm