Dünya
Peyk görüntüləri bütün söhbətlərə SON QOYDU - İsrail DƏRC ETDİ
Rusiyanın Suriyaya göndərdiyi “Su-57” beşinci nəsil qırıcıları ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Publika.az xəbər verir ki, İsrailin “Haaretz” qəzeti Suriyaya göndərilən qırıcıların yeni peyk görüntülərini dərc edib.
Nəşrin yazdığına görə, Rusiyanın hərbi təyyarələrdən hava hücumlarında istifadə edib-etməyəcəyi hələlik dəqiq deyil. “F-22” və “F-35” döyüş təyyarələri ilə eyni səviyyədə olduğu deyilən “Su-57”-lər indiyə kimi döyüş əməliyyatlarında istifadə edilməyib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir neçə gün bundan əvvəl Suriyadakı hərbi hava güclərinə bir neçə döyüş təyyarəsinin əlavə olunduğunu açıqlasa da, təyyarənin modeli açıqlanmamışdı.
Xatırladaq ki, “Su-57” təyyarələri ilk dəfə bu ilin yanvar ayında silahla təmin edilərək havaya qaldırılıb.
Super manevr qabiliyyətinə və ən alçaq radarlama sisteminə malik “Su-57”-lər həm hava, həm də quru obyektlərinə qarşı yüksək hədəfləmə qabiliyyətinə malikdir. Bu təyyarələr daha uzun müddət havada qalmaq və uzunmənzilli silahlar atmaqla müharibədə iştirak etmək imkanına sahibdir. Təyyarələr yeni motorları sayəsində raket hədəflərindən də ustalıqla yayına bilirlər.
Bu ayın əvvəlində isə “Daily Express” qəzeti yazıb ki, “Su-57” qırıcısı Avropa ilə Rusiya arasında qarşıdurma riskini artırır.
“Yeni təyyarənin buraxılması Rusiya ilə müharibə imkanları barədə narahatlığı artırır. Maraqlı məqam odur ki, “Su-57” ilə bağlı informasiya Münhen Təhlükəsizlik Konfransının Avropa ilə Rusiya arasında müharibə təhdidinin yaranması ilə bağlı illik hesabatının dərcindən az sonra ictimaiyyətə təqdim edilib”, – məqalədə qeyd edilib.
Moskva 2020-ci ilə qədər bu təyyarələri öz silahlanmasına qəbul etməyə hazırlaşır.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu