Dünya
“Kremlin əli”, yoxsa... – Rus agentlərini satan polkovnikin ACI SONLUĞU
Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripal naməlum maddə ilə zəhərlənib.
Publika.az xəbər verir ki, “Sky News” kanalının xəbərinə görə, onun vəziyyəti hazırda kritikdir.
Kanal qeyd edir ki, əgər Britaniya müstəntiqləri bu işdə “Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan Moskva-London münasibətlərinə ciddi zərər verə bilər. Xəbərə görə, bir gün əvvəl ticarət mərkəzində halı pisləşən iki nəfər 66 yaşlı – Sergey Skripal və gənc qadın xəstəxanaya çatdırılıb. Qadının kimliyi açıqlanmır. Polis hazırda hadisənin keçmiş Rusiya casusunu öldürmək cəhdinin və bu hadisədə ümumiyyətlə, cinayət tərkibinin olub-olmadığını araşdırır.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.
Rəsmi şəxslər hələ ki şərh verməkdən yayınırlar. Uiltşir qraflığının polisinin rəis müavininin vəzifələrini müvəqqəti icra edən Kreyq Holden heç bir versiyanın istisna edilmədiyini və araşdırmanın davam etdiyini deyib.
Amma BBC-nin təhlükəsizlik məsələləri üzrə müşahidəçisi Qordon Korera hesab edir ki, hadisə 2006-cı ildə keçmiş Rusiya agenti Aleksandr Litvinenkonun zəhərlənməsini xatırladır.
2000-ci ildə Böyük Britaniyaya qaçan Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenko 2006-cı ilin sentyabr ayında 43 yaşında Londonda vəfat edib. İstintaqın məlumatına görə, ölümdən əvvəl Litvinenko keçmiş həmkarları – Andrey Luqavoy və Dmitri Kovtunla görüşərək çay içiblər. İstintaq nəticəsində onun polonium izotopu ilə zəhərləndiyi məlum olub. 2016-cı ildə Londonda Litvinenkonun ölümü haqqında iş üzrə ictimai dindirmə nəticəyə gəlib ki, onun qətlinə ehtimal ki, Rusiya rəhbərliyi tərəfindən səlahiyyət verilmişdi.
Xüsusi xidmət orqanlarının tarixi üzrə ekspert Naydel Uest isə hadisənin arxasında Rusiyanın olduğu qənaətindədir.
“Praktik olaraq, mənə inanılmaz görünür ki, Rusiya qatilinin müdaxiləsi Kremlin aydın şəkildə ifadə edilmiş icazəsi olmadan həyata keçirilib”, - o bildirib.
Ömər Dağlı
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?