Avropa
“Starlink”ə alternativ tapıldı: Kiyev Krım körpüsünü İsrail sistemi ilə vurub
Ukrayna Krım körpüsünə hücumlar zamanı İsrailin “HiSKY” peyk rabitə sistemindən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri “Starlink” sisteminin fəaliyyətində tətbiq edilən məhdudiyyətlər səbəbindən ona alternativ axtarır. Nəşrin məlumatına görə, İsrail sistemi “Starlink”dən fərqli olaraq daha yüksək texniki hazırlıq və mütəxəssis dəstəyi tələb edir. Bu səbəbdən onun yalnız xüsusi əhəmiyyətli əməliyyatlarda istifadə olunacağı ehtimal edilir.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 27-də ölkənin nəzarətində olan ərazilərdə “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətinin normallaşdığını, işğal altındakı ərazilərdə isə məhdudiyyətlərin qüvvədə qaldığını bildirib.
Qeyd edək ki, Rusiya mətbuatının məlumatına görə, Ukrayna noyabr ayında Krım körpüsünə üç dəfə hücum edib və nəticədə körpüyə ziyan dəyib. Rusiya Prezidenti Vladimir Putin isə bu hücumlara görə Ukraynaya sərt cavab veriləcəyini açıqlayıb.
-
Avropa15:23“Starlink”ə alternativ tapıldı: Kiyev Krım körpüsünü İsrail sistemi ilə vurub
-
Avropa15:14Soyuq müharibədən sonra rekord göstərici: Berlin hərbi xərcləri niyə artırdı?
-
Digər14:47Məktəbdəki partlayışda yaralananların sayı 100-ü keçdi - YENİLƏNİB
-
Magazin214:38Məşhur "vampir" soyundu - FOTO
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb







.jpg)




.webp)






.jpg)














