Türkiyədən Yunanıstana gedən qayıq çevrildi: 16 ölü
Bizi izləyin

Dünya

Türkiyədən Yunanıstana gedən qayıq çevrildi: 16 ölü

Yunanıstanın Egey dənizi sahillərində qayığın çevrilməsi nəticəsində azı 16 miqrant ölüb.

Publika.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Türkiyədən Yunanıstana gedən qayıqda ümumilikdə 20-yə yaxın şəxs olub. Ölənlərin meyitləri Yunanıstanın Aqatonisi adası sahillərində aşkar edilib.

Bildirilir ki, ölənlər arasında 6 uşaq və bir neçə qadın var. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm