Türkiyədən Angela Merkelə şillə kimi CAVAB
Bizi izləyin

Dünya

Türkiyədən Angela Merkelə şillə kimi CAVAB

Almaniya Kansleri Angela Merkelin ötən dəfə Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun Budağı" əməliyyatı haqqında səsləndirdiyi neqativ fikirlərə Türkiyənin Xarici İşlər Nazirliyindən kəskin cavab gecikmədi.

Publika.az xəbər verir ki, A.Merkelin Türk əsgərlərinin dinc sakinlərə hücum etməsi barədə dediklərinin amamilə uydurma olduğunu vurğulayanTürkiyə rəsmiləri bəyanatla çıxış edib. Türkiyə XİN-in yaydığı bəyanata görə, Afrin şəhərində aparılan "Zeytun budağı" hərəkatı dinc sakinlərin vurulmasına deyil, onların həyatını qorumaq üçün keçirilən ən uğurlu əməliyyatdır: "Türk əsgəri əməliyyat çərçivəsində bir dəfə də olsun dinc sakini hədəf almayıb. Afrin sakinləri üçün əsas təhlükə PYD\YPG-qruplaşmaları və onlar tərəfindən dinc sakinlərə atılan bombalarıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm