İnsan qalıqları və biomateriallarla dolu anbar TAPILDI - DƏHŞƏT - - FOTO
Bizi izləyin

Dünya

İnsan qalıqları və biomateriallarla dolu anbar TAPILDI - DƏHŞƏT - - FOTO

Ukraynada yüzlərlə insan qalıqlarının olduğu anbar tapılıb.

Publika.az xəbər verir ki, əvvəllər sənaye sahəsi olan ərazi artıq tullantılarla doludur. Burada tonlarla istifadə edilmiş və atılmış tibbi alətlər, biomateriallar və insan sümükləri aşkarlanıb.

Havanın şaxta olmasına baxmayaraq, anbardan gələn qoxu ətrafdakı insanların diqqətini çəkib. Faktla bağlı ciddi araşdırma başladılıb. Tullantıların arasında olan biomateriallar vərəmin yayılmasına şərait yarada bilər.

Ukraynanın Ekologiya Nazirliyinin məlumatına görə, sözügedən anbarda təmizlik və dezinfeksiya işləri başladılıb. Əraziyə tullantıların hansı qurumlar tərəfindən atıldığı müəyyənləşdirildikdən sonra, lazımi cəza tədbirləri görüləcək.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm