Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi - VİDEO
Bizi izləyin

Dünya

Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi - VİDEO

İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub.

Publika.az xəbər verir ki, İspaniyanın hakim partiyası olan Xalq Partiyasının üzvü olan xanımKristina Sifuentesin 2011-ci ildə parfumeruya mağazasından krem oğurladığı görüntüləri yayılıb.

İllər əvvəl qeydə alınan görüntülərin sosial mediada yayılandan sonra o, vəzifəsindən istefa verib.

Daha əvvəl Kristina Sifuentsin universitetdən aldığı master dərəcəsinin də saxta olduğuna dair ittihamlar irəli sürülmüşdü. Partiyalar yayılan söz-söhbətləri rüsvayçılıq adlandırıb.

Faktla bağlı dərhal iclas çağırılıb. Sədrin 7 il əvvəlki səhvlərinə görə vəzifəsindən istefası tələb edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm