Ukraynanın şərqi boşaldılır
Bizi izləyin

Dünya

Ukraynanın şərqi boşaldılır

Ukraynanın şərqi boşaldılır

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənub-şərqində humanitar dəhlizi yaratmağı tapşırıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, tapşırığa əsasən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, Daxili İşlər və Müdafiə Nazirlikləri terrorçuluğa qarşı əməliyyatın keçirildiyi ərazilərdən çıxmaq istəyən dinc əhali üçün bütün vacib şərtləri yaratmalıdır.

Ukrayna prezidenti insanların daşınması, tibbi xidmətin göstərilməsi, onların içməli su, qida və dərmanlarla təminatı üçün mobil şəbəkənin yaradılması barədə göstəriş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm