Bağdad ABŞ-a İraqı bombalamağa icazə verdi
Bizi izləyin

Dünya

Bağdad ABŞ-a İraqı bombalamağa icazə verdi

Bağdad ABŞ-a İraqı bombalamağa icazə verdi

İraq hökuməti hava sahəsini ABŞ döyüş təyyarələri üçün açmağa hazırdır.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə ABŞ mətbuatı çıxış edib.

ABŞ mətbuatının yazdığına görə, İraq hökuməti “İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının sözçüsü Əbu Məhəmməd Əl-Adnaninin səs qeydlərinin yayılmasından sonra ABŞ hərbi təyyarələri üçün yaşıl işıq yandırmağa məcbur olub. İŞİD-in sözçüsünə aid olduğu bildirilən səs qeydində “hədəf Bağdad və Kərbəladır” deyilir.

Qeyd edək ki, İŞİD son iki gün ərzində İraqın Mosul şəhəri ilə yanaşı, Hüseyn Səddamın vətəni sayılan Tikrit şəhəri, eləcə də Kərkük vilayətinin bəzi bölgələrini ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm