Argentina ermənilərin “Genosid muzeyi”nə yer ayırdı
Bizi izləyin

Dünya

Argentina ermənilərin “Genosid muzeyi”nə yer ayırdı

Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin rəhbərliyi qondarma erməni soyqırımını əbədiləşdirəcək “Genosid müzeyi”nin tikilməsinə rəsmən yer ayırıb.


Aktual.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, mərasimdə şəhər şurasının rəhbəri Orasio Rodriqes Laretta, onun insan haqları üzrə müavini Klaudio Avruj, Ermənistanın Argentinadakı səfiri Vaaqn Melikyan və erməni icmasının üzvləri iştirak ediblər.



İlk çıxış edən Laretta qondarma soyqırımı ilə əlaqədar ermənilərə başsağlığı verib və əlavə edib ki, yaşananlara baxmayaraq, dostları “genosid aktı”ndan daha güclü çıxıblar.


Erməni Milli Komitəsinin Cənubi Amerika şöbəsinin icraçı direktoru Alfonso Tabakyan isə Türkiyə və Azərbyacanın ünvanına kəskin fikirlər səsləndirib. Xatırladaq ki, muzey Nelida Bulqurcyanın rəhbərlik etdiyi erməni “Genosid Fondu”nun maliyyə dəstəyi ilə ərsəyə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm