İŞİD Bağdada yaxınlaşdı...
Bizi izləyin

Dünya

İŞİD Bağdada yaxınlaşdı...

İŞİD Bağdada yaxınlaşdı...

İraqın şimalında bəzi bölgələri ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) və onun müttəfiqi olan silahlı qruplar paytaxt Bağdada doğru irəliləyir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD silahlıları hazırda Bağdadın 100 kilometrliyindədir. İraq ordusunun Səlahəddin vilayətindəki hərbi birləşmələrinə isə yeni təyinatlar edilib.

Məlumata görə, yeni təyinatlar İraq ordusunun Mosul və Tiqrit şəhəri də daxil olmaqla bir çox əraziləri döyüşsüz təhvil verməsi ilə bağlıdır. Digər bir məlumatda İraq ordusunun bəzi yüksək rütbəli zabitlərinin İŞİD-in tərəfinə keçdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm