Dünya
İran və “altılıq” arasında razılaşma əldə olundu
İranın nüvə proqramı ilə bağlı Tehran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında razılaşma əldə olunub.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
Həsən Ruhaninin sözlərinə görə, İran tərəfi uranın zənginləşdirilməsinin davam etdirilməsi barədə beynəlxalq vasitəçilərlə razılığa nail olub. O, istənilən şərtlər daxilində əldə olunacaq razılaşmadan sonra İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğv ediləcəyini söyləyib.
Xatırladaq ki, İran və “altılıq” arasında ilk razılaşma 2013-cü ildə əldə olunmuşdu. Razılaşmaya görə, İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyaların aradan qaldırılması qarşılığında İran nüvə proqramında hərbi komponentin olmayacağına təminat verən hərtərəfli razılaşma 2014-cü il iyulun 20-dək hazırlanmalı idi.
Həsən Ruhani də bildirmişdi ki, razılaşmaya nail üçün İran bacardığı hər şeyi edəcək.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu