Erməni deputatlar sabah Bakıya gəlir
Bizi izləyin

Dünya

Erməni deputatlar sabah Bakıya gəlir

Erməni deputatlar sabah Bakıya gəlir

Ermənistan parlamentinin deputatları, hakim Respublikaçılar Partiyası fraksiyasının üzvü, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Naapetyan və “İrs” Partiyası fraksiyasının katibi Tevan Poqosyan iyunun 15-də Bakıya gələcəklər.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni deputatların Azərbaycan paytaxtına gəlməkdə məqsədləri iyunun 16-18-də NATO-nun “Rose-Roth” seminarında iştirak etməkdir.

Qeyd edək ki, Azərbaycan tərəfi erməni deputatların təhlükəsizliyinə təminat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm