Separatçıların komandanı: ”Rusiya kömək etməsə, bir aya məğlub olacağıq”
Bizi izləyin

Dünya

Separatçıların komandanı: ”Rusiya kömək etməsə, bir aya məğlub olacağıq”

Separatçıların komandanı:”Rusiya kömək etməsə, bir aya məğlub olacağıq”

Qondarma Donetsk Xalq Respublikası silahlı qüvvələrinin komandanı İqor Strelnikov Rusiya KİV-lərinə müsahibə verib. Srtrelnikov müsahibəsində bildirib ki, Rusiya Ukraynadakı hadisələrə tezliklə reaksiya verməsə, uzağı bir aya separatçılar məğlub olacaq.

Onun sözlərinə görə, Ukrayna qvardiyası Slavyansk, Kramatorsk şəhərlərini durmadan atəşə tutur: ”Slavyanskda əhali bombardmanlara az-çox öyrəşib. Kramatorskda isə vəziyyət tam fərqlidir. İlk bombalar əhalinin sıx yaşadığı bölgələrdə partlayıb. Vətəndaşlar təşviş içərisində ora-bura qaçırlar. Şəhərdə güclü yanğın var, küçələr meyitlə doludur”.

Ukraynalılar bununla bütün Donbas şəhərlərinə xəbərdarlıq edirlər ki, üsyan qaldıracaqları təqdirdə aqibətləri Slavyansk və Kramatorsk kimi olacaq: “Slavyanskın çox hissəsi yer üzündən silinib. Kramatorskdan sonra Drujovka, Konstantinovka, Qorlovka, Donetsk, Makeyevka bombalanacaq. İndi Rusiyaya qaçanların sayı minlərlədir. Bir azdan bu rəqəm 10 minlərə çatacaq”.

Strelnikov deyib ki, hazırda Ukrayna ordusu əsas qüvvələrini Luqanskdan şimalda və Donetskin cənubunda cəmləşdirir. Buraya çoxlu sayda hərbi texnika, canlı qüvvə yeridilib. Məqsəd Kiyevə tabe olmaq istəməyən regionları Rusiyadan təcrid etməkdir.

Üsyançıların komandanı Ukrayna ordusunun təmizləmə əməliyyatlarının hansı sxemlə həyata keçirdiklərini izah edib: “Mariopolda şəhər əvvəlcə blokpostlarla mühasirəyə alındı. Ardıcıl bombardmanlarla şəhər üsyançılarının müqaviməti qırıldı. Sonra şəhərə “Azov” və ”Donbas” batalyonlarının muzdluları daxil oldu. Onlar şəhəri təmizlədikdən sonra buranı tərk etdilər. Şəhərdə Ukrayna ordusunun qarnizonu möhkəmləndi. Müqavimət göstərənlər və narazılar əsir düşərgələrinə göndərildilər. Bu aqibət bizi də gözləyir”.

Strelnikov bildirib ki, belə getsə, Ukrayna ordusu separatçıları Rusiyadan təcrid etməyə nail olacaq. Silah-sursat, tibbi yardımlar gəlməsə, uzağı bir aya məğlub olacaqlar: “Rusiya bizə kömək etməsə, milyonlarla qaçqını qəbul etməyə hazır olmalıdır”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm