Ukrayna prezidenti: “Yeni tip müharibə ilə qarşı-qarşıyıq”
Bizi izləyin

Dünya

Ukrayna prezidenti: “Yeni tip müharibə ilə qarşı-qarşıyıq”

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Milli Müdafiə Universitetində çıxışında terrorçular üzərində qələbə sözü verib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, prezident xalqın dəstəyi ilə qalib gələcəklərini bildirib.

P.Poroşenkonun sözlərinə görə, Ukrayna yeni tip müharibə aparır. “Düşmən tərəf bu müharibədə peşəkar diversiya qrupları, muzdlular, könüllülər və yerli əhalidən istifadə edir”, - deyən dövlət başçısı Ukraynanın “çılpaq, ayaqyalın və silahsız əsgərlərlə” müharibəyə başladığını söyləyib: “Hazırda bütün dünya bizə baxır ki, düşmənin öhdəsindən gələ biləcəyik, ya yox. Əminəm ki, bunu bacardığımızı dünyaya nümayiş etdirəcəyik”.

Ukrayna mətbuatının yazdığına görə, “Azov” könüllü batalyonu hakimiyyətdən terrorçuluğa qarşı əməliyyatlarda qətiyyət tələb ediblər.

“Biz görürük ki, rütbəli insanlar sadəcə olaraq məsuliyyəti öz üzərinə götürməyə qorxurlar. Əgər cəsarətli və qətiyyətli əmrlər verilsəhydi, antiterror əməliyyatları çoxdan bitərdi”, - batalyon döyüşçülərindən biri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm