İranla Qərb arasında yekun saziş imzalanır
Bizi izləyin

Dünya

İranla Qərb arasında yekun saziş imzalanır

İyunun 20-də Vyanada İranla “altılıq“ ölkələri arasında mübahisəli nüvə proqramı ilə bağlı danışıqların sayca beşinci raundu baş tutub.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eştonun mətbuat nümayəndəsi Mixael Mann bu həftə yekun saziş layihəsinin tərtib olunmasına başlandığını bildirib.

Bundan başqa, danışıqlarda iştirak edən tərəflərin iyulun 20-dək yekun sənədin imzalanmaya hazır olmasına səy göstərəcəkləri də qeyd olunub.

Budəfəki danışıqlarda əsas mövzu İranın nüvə sentrifuqalarının sayı və yekun sənəd imzalandıqdan sonra ölkəyə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılması müzakirə olunub.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə mətbuata açıqlamasında bildirib ki, İranla “altılıq“ ölkələri arasında fikir ayrılığı hələ də qalmaqdadır: “Müəyyən irəliləyişlərin əldə edilməsinə baxmayaraq, mühüm məsələlərlə bağlı ortaq məxrəc əldə olunmayıb və İran qarşı tərəfin bitib-tükənməyən tələblərini qəbul etməyəcək”.

Danışıqların sayca 6-cı raundu iyulun 2-də Vyanada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm