Giriş və çıxış xarici pasportlar üzrə olacaq
Bizi izləyin

Dünya

Giriş və çıxış xarici pasportlar üzrə olacaq

2015-ci il yanvarın 1-dən MDB-nin bütün vətəndaşları üçün Rusiyaya giriş və çıxış xarici pasportlar üzrə olacaq.

ANS PRESS-in məlumatına görə, istisna hal Gömrük İttifaqına və Avrasiya iqtisadi məkana daxil olan dövlətlərə şamil ediləcək.

Bu haqda Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Bu, Rusiyanın dövlət sərhədinin keçilməsinin vahid nizamını qurmaq, həmçinin miqrasiya proseslərinə nəzarətin təsirliliyini artırmaq məqsədi ilə ediləcək.

"Rusiya Federasiyasına giriş və çıxış 30 noyabr 2000-ci ildə qarşılıqlı vizasız səfərlər haqqında hökumətlərarası razılaşma imzayan dövlətlərin vətəndaşları üçün əvvəlki kimi vizaların alınmasını tələb etmir və öz liberal rejimini saxlayır”, - Rusiya XİN-nin şərhində deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm