Seçkilərə 15 gün qalmış sui-qəsdlər olacaq - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Seçkilərə 15 gün qalmış sui-qəsdlər olacaq - ŞOK İDDİA

"Seçkilərə 15 gün qalmış təəssüf ki, sui-qəsdlər olacaq. Həm AK Partiyadan, həm də AK Partiya əleyhdarı kəslərin canına qəsd etmək istəyəcəklər. Mənə də sui-qəsd təşkil edə bilərlər"

"Seçkilərə 15 gün qalmış təəssüf ki, sui-qəsdlər olacaq. Həm AK Partiyadan olanların , həm də AK Partiya əleyhdarı olan kəslərin canına qəsd etmək istəyəcəklər. Mənə də sui-qəsd təşkil edə bilərlər".

Publika.Az türk mediasına istinadən xəbər verir ki, bu sözlər Ankara meri Melih Gökçekə aiddir.

Yerli seçkilərə 15 gün qala ‘baronların' və xarici güclərin dəstək verdiyi marjinal qrupların küçələrə töküləcəyini və sui-qəsdlərin təşkil ediləcəyini iddia edən Melih Gökçek, "Mənə də davamlı təhdid var amma əhəmiyyətli deyil. 2 övladıma qələmə aldığım 5 məktubla vəsiyyətimi buraxdım" deyib. Məktubların məzmununu açıqlamayan, Melih "Qaranlıq nizamın bütün şifrələrini buraxdım" deməklə kifayətlənib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm