Dünya
Poroşenkonun “B” planına Kremlin cavabı: Maydan qüvvələri parçalanır
Ukraynada fevral ayında Maydan hadisələrində bir yerdə olan qüvvələrın yolları ayrılmağa başlayıb.
Publika.az-ın TSN kanalının saytına istinadən verdiyi məlumata görə, Ali Radanın “Batkivşina” və “Azadlıq” fraksiyaları prezident Pyotr Poroşenkonun təklif etdiyi Konstitusiyaya dəyişikliklərinə səs verməkdən imtina edir.
“Batkivşina” fraksiyası Konstitusiya dəyişiklikləri layihəsinin müzakirəsini təxirə salmağı tələb, “Azadlıq” isə ona səs verməkdən imtina edir. “Batkivşina” Konstitusiyaya layihəsini “hakimiyyətin qəsb edilməsi” adlandırıb. Fraksiya üzvləri onun rəhbəri Sergey Soboleve Konstitusiya dəyişiklikləri layihəsinin müzakirəsinin təxirə salınması ilə bağlı P.Poroşenkoya müraciət etməyə səlahiyyət verib. “Batkivşina” prezidentdən “yeni prezident tərəfindən hakimiyyətin qəsb edilməsini nəzərdə tutmayan, hakimiyyətin real demərkəzləşdirməsini nəzərdə tutan” Konstitusiya layihəsinin hazırlanmasını tələb edir.
“Batkivşina” fraksiyasından olan deputat Andrey Pavlovski jurnalistlərə bildirib ki, “demərkəzləşdirmə” adı altında faktiki olaraq hakimiyyətin yalnız bir budağının, məhz prezidentin səlahiyyətləri gücləndirilir, parlamentin səlahiyyətləri isə azaldılır. Onun sözlərinə görə, yeni Konstitusiya Ali Radanı alçaldır.
“Azadlıq" fraksiyasının lideri Oleq Tyabnikov Konstitusiyaya təklif edilmiş dəyişiklikləri dəstəkləməyəcəyini deyib.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu