Qadını zorlayan polis günahı qafqazlıların üstünə atmaq istədi
Bizi izləyin

Dünya

Qadını zorlayan polis günahı qafqazlıların üstünə atmaq istədi

Rastov məhkəməsi zorlama maddəsilə ittiham olunan keçmiş polis işçisini 7 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zorlanma hadisəsi ötən ilin avqustunda baş verib.

Polis işçisi axşam vaxtı dostları ilə birgə 20 yaşlı qızı aldadaraq şəhər kənarındakı mənzillərdən birinə aparıb. Burada gənc qız bir neçə sat ərzində qrup şəklində zorlanıb. Sonda ona şikayət etməməsi ilə bağlı hədə-qorxu gələrək buraxıblar. Ancaq qız hadisə barədə polisə məlumat verib.

Zorlanma barədə ərizə qəbul edilsə də, ilk günlərdə polis cinayətkarları axtarmağa həvəs göstərməyib. İstintaqin gedişinə kimsə süni surətdə mane olurmuş. Hətta yerli mediada belə bir xəbər çıxır ki, cinayəti qafqazlılar törədib. Sosial şəbəkələrdə “rədd olsun qafqazlılar” adlı səhifə də yaradılıb.

Yalnız qadının dostları və qohumları yuxarı instansiyalara şikayət etdikdən sonra istintaq tam gücü ilə işə düşüb və aydın olur ki, zorlamanı polis işçisi törədib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm