Ukrayna ordusu Kramatorsku azad etdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu Kramatorsku azad etdi

Seperatçı qüvvələr bü gün Ukraynanın Kramatorsk şəhərini tərk ediblər.

Publika.az-ın məlumatına görə, gecə Slavyansk şəhərindən gəlmiş seperatçılar Kramatorsku tərk edərək cənub istiqamətinə hərəkət ediblər.

Seperatçıların qərargahından bildirilib ki, onlarla zirehli transportyor, avtobus və yük maşınından ibarət dəstə Donetsk vilayətinin onların nəzarətində olan şəhərlərinə - Donetskə, Qorlovkaya tərəf hərəkət edirlər.

Seperatçıların fikrincə, Kramatorsk əlverişsiz yerdədir. Orada demək olar ki, əlverişli mövqe yoxdur. Buna görə də onlar şəhəri tərk etmək qərarına gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm