Dünya
Qəzəbli Braziliya azarkeşləri şəhərləri yandırır (FOTO, VİDEO)
Dünya Çempionatının yarımfinalında Braziliya yığmasının Almaniyaya 7:1 hesabı ilə uduzmasından sonra qəzəblənmiş azarkeşlər ölkədə bir neçə şəhəri viran qoyublar. ANS PRESS-in məlumatına görə, San-Paulu şəhərində azarkeşlər bir neçə avtobus və maşın yandırıb. Polisin son məlumatlarına əsasən, oyun bitdikdən sonra naməlum qrup 2 avtobus yandırıb. Eləcə də yerli mağazalardan oğurluq hadisələri də qeydə alınıb. Bunula belə, polis bir neçə asayiş pozucusunu yaxalaya bilib.
Resifi şəhərində isə oyunun bitməsini gözləməyiblər.
Braziliyalıların oyunun 29-cu dəqiqəsində 5 cavabsız qol buraxması
ilə iğtişaşlara start verilib.
Rioda da 5-ci qoldan sonra azarkeşlər artıq tribunanı tərk etməyə
başlayıblar. Küçələr qarışmağa başlayıb. Hirsli tərəfdarları polis
sakitləşdirməyə çalışsa da, bacara bilməyib. Atəş yandırıb
barrikada quran tərəfdarlar polisi daş yağışına tutub.
Qeyd edək ki, Almaniya Braziliya matçı Bakı vaxtı ilə çərşənbə
axşamına keçən gecə Belu-Orizontidə baş tutub və fantastik 7:1
hesabı ilə Almaniya yığmasının xeyrinə bitib.
Artıq Almaniyadan sonra ikinci finalçı Argentina və Hollandiya
oyunundan sonra müəyyənləşəcək. Oyun Bakı vaxtı ilə 10 iyul saat
01:00-da baş tutacaq. Final isə 13 iyul saat 00:00-da olacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR