Birinə oğru adı verildi, diğərindən alındı
Bizi izləyin

Dünya

Birinə oğru adı verildi, diğərindən alındı

Ötən həftə oğru dünyasında iki yaddaqalan hadisə diqqət çəkdi. Müxtəlif klanlara məxsus olan qanuni oğruların iki “sxodka”sı olub.

Publika.az Rusiya mətbuatına istinadən məlumat verir ki, birinci toplantı Yunanıstanda keçirilib.

Bu “sxodka”da 38 yaşlı Sergey Nazarov ( ləqəbi Nazar) qanuni oğru adı alıb. Nijni Novqorod şəhərindən olan Nazarın oğru adı alması üçün həmyerlisi, hazırda həbsdə olan Seka ləqəbli Sergey Razjavin canfəşanlıq edib.

Abxaziyadakı oğru toplantısında isə əks-proses baş verib. Qırx üç yaşlı Alxaz Arqbadan (ləqəbi Alxaz Qadautski) oğru adı alınıb. Alxaz 1995-ci ildə oğru tacı ilə mükafatlandırılmışdı. Lakin bu ilin mayında həbsdən çıxdıqdan sonra özünü qeyri-adekvat aparmağa başlayıb. Dostları onda ruhi xəstəliyin əlamətlərini seziblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm