Əl-Qaidə Eyfel qülləsini partlatmağı planlaşdırıb
Bizi izləyin

Dünya

Əl-Qaidə Eyfel qülləsini partlatmağı planlaşdırıb

Radikal Əl-Qaidə təşkilatı Fransada terror aktları həyata keçirərək məşhur Eyfel qülləsini və Luvr muzeyini partlatmaq istəyirmiş.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçuların planında bar, kafe hətta polis şöbələrinə hücum etmək, bazarlarda, əhalinin gur olduğu yerdə partlayışlar törətmək də varmış.

Terror aktlarını həyata keçirmək istəyən şəxs hələ bir il əvvəl təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Lakin bu barədə məlumatı fransız höküməti yalnız dünən açıqlayıb.

Həbs olunmuş şəxs Əlcəzair əsilli, 2 uşaq atası olan Fransa vətəndaşıdır. O, internetdə Əl-Qaidə təşkilatının Əlcazairdəki komandirlərinin biri ilə yazışarkən təhlükəsizlik xidmətinin diqqətini cəlb etmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm