Dünya
Yaralıları görən həkimlərin ürəyi getdi
Bu gün Luqansk vilayətinin Zelnopole kəndi yaxınlığında gedən gərgin döyüşlər zamanı ağır yaralanan 9 ukraynalı hərbçi Meçnikov adına Dnepropetrosk vilayət xəstəxanasına yerləşdirilib.
Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, onlardan 3-ü ölümcül, digərləri isə ağır vəziyyətdə olub.
Ağır vəziyyətdə olan əsgərləri qəbul edən həkimlər gördüklərindən şoka düşüb. Onlar bildiriblər ki, bu vaxta qədər bir çox ağır yaralı görsələr də, sözügedən əsgərlər sanki cəhənnəmdən gəlmiş hərbçilər təsiri bağışlayıblar. Qeyd olunub ki, hətta tibb bacısından biri hüşunu itirərək, özündən gedib. Əsgərlərdən biri hər iki gözünü itirib, bədəni yanmış vəzyyətdə olub. Digərinin isə hər iki ayağı təcili amputasiyaya məruz qalıb. Bütün bunlara baxmayaraq, vilayət xəstəxanasının baş həkimi Sergey Rijenko bir qədər nikbin danışıb. İlkin saatlarda ölümlə savaşan əsgərlərin hardan gətirildiyinə aydınlıq gətirilməsə də, günün ikinci yarısında onların səhər saatlarında Luqansk vilayətindəki döyüşlərindən gətirildiyi bəlli olub.
Bu arada Zelnopole kəndi yaxınlığında terrorçuların "Qrad"
qurğusundan açdıqları atəş nəticəsində faciəvi şəkildə həlak olan
ukraynalı əsgərlərin hərbi texnikasının görüntüləri paylaşılıb.
Xatırladaq ki, 30-dan çox əsgər ölüb, 100 nəfər hərbçi ağır yaralanıb. Faktı Daxili İşlər nazirinin köməkçisi Zoryan Şkiryak təsdiqləyib. Sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, terrorçular ukraynalı əsgərlərə 24 saylı mexanikləşdirilmiş briqadadan atəş açıblar. Bundan başqa, Ukrayna ordusunun 79 saylı briqadası da qarşı tərəfin ciddi təzyiqi ilə üz-üzə qalıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu